...

Mingəçevirdə maskalı şəxslər evə hücum etdi, ər-arvad xəsarət aldı

Hadisə Materials 18 May 2020 15:23 (UTC +04:00)
Mingəçevirdə maskalı şəxslər evə hücum etdi, ər-arvad xəsarət aldı

Bakı. Samir Əli - Trend:

Mingəçevir şəhərində maskalı şəxslər evə basqın edib.

Trend-in məlumatına görə, hadisə şəhərin A.Puşkin küçəsi, 37 saylı mənzildə baş verib. 3 nəfər naməlum şəxs evin hamam otağının nəfəsliyindən mənzilə daxil olarkən ev sahibi ilə rastlaşıblar.

Həmin şəxslər ev sahibi Rəna Allahverdiyevaya və onun həyat yoldaşı Mahir Allahverdiyevə hücum edərək hər iki şəxsə müxtəlif bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirərək zəruri istintaq hərəkətləri aparıb. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti