...

Bakıda yaşayış binasında yanğın baş verib

Hadisə Materials 1 İyun 2020 05:21 (UTC +04:00)
Bakıda  yaşayış binasında yanğın baş verib

Bakı. Trend:

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda, beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində, ümumi sahəsi 33 m² olan 2 otaqlı mənzilin 1 otağında yataq dəsti qismən və dəhlizində dolab 4 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti