...

Ağsu aşırımında yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 İyun 2020 23:12 (UTC +04:00)
Ağsu aşırımında yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb (FOTO/VİDEO)  (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Xəbər verildiyi kimi, iyunun 16-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib.

Yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

XXX

18:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti