...

35 yaşlı Qəbələ sakinini cərəyan vurub öldürdü

Hadisə Materials 21 İyul 2020 10:17 (UTC +04:00)
35 yaşlı Qəbələ sakinini cərəyan vurub öldürdü

Bakı. Samir Əli - Trend:

İyulun 20-də saat 20 radələrində Qəbələ rayonu, Yenikənd kənd sakini Cəlil Qismətovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qəbələ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Cəlil Qismətovun qohumunun evində elektrik xəttini cərəyana qoşmaq istəyərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti