...

ABŞ-ın Texas ştatında zavodda partlayış baş verib

Hadisə Materials 30 İyul 2020 05:48 (UTC +04:00)
ABŞ-ın Texas ştatında zavodda partlayış baş verib

Bakı. Trend:

ABŞ-in Mont Belve şəhərində (Texas ştatı) mayeləşdirilmiş təbii qaz istehsalı zavodunda partlayış olub.

Trend-in məlumatına görə, bu barədə şəhər administrasiaysının nümayəndəsi xəbər yayıb.

Bildirilir ki, ştat paytaxtı Hyustondan şərqdə yerləşən Mont Belvye şəhərindəki Lone Star şirkətinin obyektində təbii qaz anbarı partlayıb. Nəticədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti