...

Zərdabda yük avtomobili traktorla toqquşdu

Hadisə Materials 28 Avqust 2020 09:10 (UTC +04:00)
Zərdabda yük avtomobili traktorla toqquşdu

Bakı. Trend:

Zərdab rayonunun Otmanoba kəndində "QAZel" markalı yük avtomobili və “T-80” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti