...

Mebel salonunda bağbanı cərəyan vurub öldürdü

Hadisə Materials 21 Sentyabr 2020 11:29 (UTC +04:00)
Mebel salonunda bağbanı cərəyan vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rahman Əslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən mebel salonunda bağban işləyən Rahman Əslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti