...

Kamran Əliyev: 2016-cı ilin Aprel döyüşlərində erməni atəşi nəticəsində 6 mülki şəxs həlak olub

Hadisə Materials 3 Oktyabr 2020 15:55 (UTC +04:00)
Kamran Əliyev: 2016-cı ilin Aprel döyüşlərində erməni atəşi nəticəsində 6 mülki şəxs həlak olub

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

2016-cı ilin aprel döyüşlərində də erməni atəşi nəticəsində 6 mülki şəxs həlak olub.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, hadisə nəticəsində 26 nəfər yaralanıb:

"Hadisə zamanı 300-dən artıq mülki yaşayış sahəsinə ziyan dəyib. Ermənistan tərəfi 1994-cü ildə atəşkəs elan olunsa da həmin vaxtdan bu günə qədər yaşayış məntəqələrini və mülki əhalimizi hədəfə alıb. Atəşkəs dövründə 398 hərbçi, 31 nəfər isə mülki şəxs qətlə yetirilib. 1038 hərbçi, 68 mülki şəxs yaralanıb. Bununla bağlı 287 cinayət işi qəsdən adam öldürmə, 625 cinayət işi isə qəsdən adam öldürməyə cəhdlə bağlıdır. 2015-2018-ci illərdə bu cinayətləri törətməkdə təqsirləndirilən iki erməni vətəndaşı həbs edilib. Onlar uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Həmin işlər üzrə 7 nəfər axtarışa verilib. Onlardan 4-ü Ermənistan, 3 nəfər isə Azərbaycan vətəndaşıdır. Həmin 3 nəfər Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərdir.

Ermənistan dövləti bu dövrdə cinayətlərini davam edir, onlar Azərbaycana qarşı təxribatlar törədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti