Bakı. Trend:
Cəlilabad rayonunda ümumi sahəsi 100 m² olan daş sexinin dam örtüyünün taxta atmaları 15 m² sahədə, içərisində rezin qəliblər 25 m² sahədə və 1 ədəd elektrik lövhəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;