...

Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı (VİDEO)

Hadisə Materials 21 Yanvar 2021 10:41 (UTC +04:00)
Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti