...

Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib

Hadisə Materials 24 Yanvar 2021 12:53 (UTC +04:00)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib

Bakı. Trend:

Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub.

N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üşün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti