...

Ötən gün axtarışda olan 10 nəfər saxlanılıb

Hadisə Materials 8 Fevral 2021 11:14 (UTC +04:00)
Ötən gün axtarışda olan 10 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Fevralın 6-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti