...

Balakəndə avtomobil təmiri, Bakıda mebel sexi yandı

Hadisə Materials 9 Fevral 2021 09:57 (UTC +04:00)
Balakəndə avtomobil təmiri, Bakıda mebel sexi yandı

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 456 kv.m olan birmərtəbəli mebel sexinin yanar konstruksiyaları 160 kv.m sahədə, içərisində taxta materiallar və 4 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunda isə ümumi sahəsi 400 kv.m olan avtomobil təmiri sexində yanğın olub.

Sexin yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti