...

Mağaza seyfindən 13 manat oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 13 Fevral 2021 12:42 (UTC +04:00)
Mağaza seyfindən 13 manat oğurlayan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb. H. Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12800 manat məbləğində pulu oğurladığını etiraf edib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti