...

Qaxda ev əşyaları ilə birlikdə külə dönüb

Hadisə Materials 16 Fevral 2021 09:33 (UTC +04:00)
Qaxda ev əşyaları ilə birlikdə külə dönüb

Bakı. Trend:

Qax rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaxbaş kəndində ümumi sahəsi 112 kv.m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti