...

Abşeron rayonunda 3 otaqlı ev yanıb

Hadisə Materials 1 Mart 2021 23:27 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 30 m² sahədə, 1 otağında divan-kreslo, masa və giriş qapısı qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti