...

Restoranda işçini elektrik cərəyanı vurub öldürdü

Hadisə Materials 8 May 2021 10:56 (UTC +04:00)
Restoranda işçini elektrik cərəyanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda restoranda ölüm hadisəsi baş verib.

Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurmuş, nəticədə Sahib Əhmədov hadisə yerində ölmüş, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti