...

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Hadisə Materials 17 May 2021 16:07 (UTC +04:00)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi mayın 16-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 16 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti