...

Sabirabadda avtomobil, Tovuzda transformator yanıb - 1 nəfər xəsarət alıb

Hadisə Materials 8 İyul 2021 13:48 (UTC +04:00)
Sabirabadda avtomobil, Tovuzda transformator yanıb - 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Sabirabadda avtomobil, Tovuzda transformator yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabad rayonunun Hacıbəbir kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Tovuz rayonunun Hacallı kəndində isə transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti