Bakı. Samir Əli - Trend:
Bakıda polis bölməsinin rəisi intihar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.