...

Goranboyda birmərtəbəli ev yanıb

Hadisə Materials 19 İyul 2021 23:15 (UTC +04:00)
Goranboyda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Goranboy rayonunun Təklə kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, bitişik talvarın altında 1 ədəd soyuducu və su qızdırıcısı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti