...

Lənkəranda toy qaydalarının pozan 2 nəfər barədə cinayət işi başlandı

Hadisə Materials 21 İyul 2021 13:18 (UTC +04:00)
Lənkəranda toy qaydalarının pozan 2 nəfər barədə cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Lənkəranda karantin qaydalarını pozan iki nəfər barəsində cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

Həmin faktlarla bağlı 2 nəfər barəsində cinayət işi başlanılıb. 13 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsindən ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib və həmin şəxs 4 min manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti