...

Zaqatalada qaydaları pozan şadlıq sarayı aşkarlandı

Hadisə Materials 17 Avqust 2021 12:52 (UTC +04:00)
Zaqatalada qaydaları pozan şadlıq sarayı aşkarlandı

Bakı. Çingiz Səfərli -Trend:

Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən “Dəniz” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi agentliyindən bildirilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, həmçinin, sıxlıq normalarının gözlənilmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti