...

Prokurorluq Göyçayda məktəb direktorunun müavininin ölümü ilə bağlı məlumat yayıb

Hadisə Materials 30 Avqust 2021 11:25 (UTC +04:00)
Prokurorluq Göyçayda məktəb direktorunun müavininin ölümü ilə bağlı məlumat yayıb

Bakı. Samir Əli - Trend:

Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə,

İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti