...

Rüşvət almaqda təqsirləndirilən jurnalist barədə 3 aylıq həbs qərarı verildi

Hadisə Materials 10 Sentyabr 2021 15:44 (UTC +04:00)
Rüşvət almaqda təqsirləndirilən jurnalist barədə 3 aylıq həbs qərarı verildi

Bakı. Trend:

Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərlinin (Xəttab) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə vəsatət təmin edilib və M.Ələkbərli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti

Xəbər lenti