...

Bərdədə törədilən qətlin istintaqı yekunlaşıb

Hadisə Materials 18 Oktyabr 2021 16:21 (UTC +04:00)
Bərdədə törədilən qətlin istintaqı yekunlaşıb

Bakı. Samir Əli - Trend:

Xəbər verildiyi kimi, 27.06.2021-ci il tarixdə Bərdə rayonu, İmirli kənd sakini Toğrul Abdullayevin rayon ərazisində öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bərdə Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, istintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Musayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti