...

Şəmkirdə polis ehtiyatsızlıqdan özünü güllələdi

Hadisə Materials 11 Noyabr 2021 10:18 (UTC +04:00)
Şəmkirdə polis ehtiyatsızlıqdan özünü güllələdi

Bakı. Samir Əli - Trend:

Azərbaycanda polis əməkdaşı özünü güllələyib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb. Silahdan açılan atəş nəticəsində S.Əliyev xəsarət alıb.

Polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti