...

Əmisinin yasında qətl törədən yeniyetməyə hökm oxundu

Hadisə Materials 11 Noyabr 2021 11:29 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən B.Mehrəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi Bəhruz Mehrəliyevin əmisinin yas mərasimində baş verib. O yas mərasimində Elnar Qədimovla mübahisə edərək onu bıçaqla qətlə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti