...

Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırılıb

Hadisə Materials 10 Dekabr 2021 14:40 (UTC +04:00)
Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırılıb

Bakı. Fərid Zöhrabov - Trend:

"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb."

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzxahlıq edib."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti