Bakı. Trend:
ABŞ-ın Arkanzas ştatının Monett şəhərində qocalar evinin tornado nəticəsində qismən dağılması nəticəsində azı iki nəfər ölüb, daha 20 nəfər dağıntılar altında qalıb.
Trend xəbər verir ki, bu barədə məlumatı NBC kanalının yerli bölməsi yayıb.
Bildirilir ki, beş nəfər xəsarət alıb, lakin qəzalı vəziyyətdə olan binadan çıxa bilib, onların vəziyyəti barədə hələlik məlumat yoxdur. Xilasedicilər artıq hadisə yerindədir. Təbii fəlakət nəticəsində binanın dam örtüyünün bir hissəsi qopub, tikilinin bir korpusu dağılıb.
Bundan əvvəl amerikalı meteoroloqlar Arkanzas, Kentukki və İllinoys ştatlarının bir sıra əyalətlərində tornado ehtimalı barədə xəbərdarlıq etmişdilər.