...

Rusiyada 30-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralılar var

Hadisə Materials 26 Dekabr 2021 15:25 (UTC +04:00)
Rusiyada 30-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralılar var

Bakı. Trend:

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında magistral yolda 30-dan çox avtomobilin iştirakı ilə qəza baş verib, onlardan ən azı dördü yük maşınıdır.

Trend xəbər verir ki, yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb, daha bir nəfər ölüb.

Məlumata görə, qəza Karmaskalinski rayonunun Aleksandrovka kəndi yaxınlığında, Ufa-Orenburq yolunun 49-cu kilometrliyində baş verib. İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti