Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qətl törətməkdə ittiham olunan Mehdi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Abdullayev 10 il 6 ay azadlıqdan məhrum edilib.
M.Abdullayev Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü kürəkəni Mirzəyev Taleh Vaqif oğlunu qətlə yetirməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham iəli sürülüb.