...

Ağcabədidə azyaşlının ölümü ilə nəticələnən qəza baş verib

Hadisə 14 Yanvar 2022 23:17 (UTC +04:00)
Ağcabədidə azyaşlının ölümü ilə nəticələnən qəza baş verib

Trend-i buradan izləyin

Ağcabədi. Trend:

Ağcabədi rayonunda azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

Trend-in yerli bürosunun xəbərinə görə, 32 yaşlı Vəliyev Etibar Zalış oğlu idarə etdiyi VAZ 2106 maşını idarə edərkən yoldan çıxıb və avtomobil aşıb. Nəticədə sürücünün 2017-ci il təvəllüdlü oğlu Vəliyev Zalış Etibar oğlu həyatını itirib.

Xəsdəxanaya gələn kənd sakinlərinin dediklərinə görə, sürücü Etibar Vəliyev qəzanı törətməmişdən əvvəl içki məclisində olduğu və içkili avtomobili idarə etdiyi deyilir.

Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti