...

Ceyranbatan sakini cərəyan vurması nəticəsində ölüb

Hadisə 21 Yanvar 2022 10:02 (UTC +04:00)
Ceyranbatan sakini cərəyan vurması nəticəsində ölüb

Bakı. Samir Əli - Trend:

Yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti