...

Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb

Hadisə 26 Yanvar 2022 10:20 (UTC +04:00)
Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb

Bakı. Trend:

Lənkəranda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında rayonun Səpnəkəran kəndində yerləşən evlərdən birindən 3750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Səpnəkəran kənd sakini T.Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti