...

Gəncədə itlərin güllələnməsi ilə bağlı polis araşdırmalara başladı

Hadisə Materials 4 Fevral 2022 17:47 (UTC +04:00)
Gəncədə itlərin güllələnməsi ilə bağlı polis araşdırmalara başladı

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində sahibsiz itlərin güllələnməsi ilə bağlı məsələ nəzarətə götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, faktla bağlı araşdırmalar başlanılıb.

"Məsələ nəzarətə götürülüb, araşdırma aparılır, tezliklə araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - deyə E.Qasımov qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə itlərin kütləvi şəkildə öldürüldüyünü əks etdirən görüntülər yayılıb. Gəncədə çəkildiyi deyilən videoda iddia olunur ki, sahibsiz heyvanlar şəhərin küçələrindən yığılaraq mərkəzdən aralıda bir əraziyə gətirilib və orada daş və digər alətlərlə vurularaq öldürülüb. Yayılmış görüntülərdən də aydın olur ki, onlarla itin cəsədi zibilliyə atılıb. Onların arasında yarımcan olan, yaralananlar da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti