...

Bakıda avtobus qəzası olub

Hadisə Materials 8 Mart 2022 11:14 (UTC +04:00)
Bakıda avtobus qəzası olub

Bakı. Samir Əli - Trend:

Suraxanıda avtobus qəzası olub.

BNA-dan Trend-ə verilən məlumata görə, 7 mart 2022-ci il tarixində saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış maasivində yol nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb.

"Bəzi informasiya saytlarında bu hadisə zamanı guya 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir. Qeyri-müəyyən mənbəyə istinadən verilən bu cür məlumatlar insanlar arasında çaşqınlıq yaradır. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti