...

Azad edilən ərazidən 4 ton naqil oğurlayan "KAMAZ" sürücüsü saxlanıldı

Hadisə Materials 15 Mart 2022 17:43 (UTC +04:00)
Azad edilən ərazidən 4 ton naqil oğurlayan "KAMAZ" sürücüsü saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azad olunmuş ərazilərdən külli miqdarda elektrik naqili oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qubadlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 13-də Balasoltanlı kəndi ərazisində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilib.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti