...

Beyləqanda 81 yaşlı qadını əri döyüb öldürmək istədi

Hadisə Materials 8 Aprel 2022 09:17 (UTC +04:00)
Beyləqanda 81 yaşlı qadını əri döyüb öldürmək istədi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan rayonunda 81 yaşlı qadın əri tərəfindən döyülüb.

Beyləqan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 7-i saat 12 radələrində Beyləqan rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1940-cı il təvəllüdlü Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Nuru Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti