...

Bakıda gecə klubundakı partlayışda xəsarət alanlardan daha biri vəfat edib

Hadisə Materials 9 Aprel 2022 01:19 (UTC +04:00)

Bakı. Trend:

Bakıda gecə klubunda partlayışda xəsarət alan Gülbala Abdullayev vəfat edib.

Trend-in məlumatına görə, bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.

Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti