...

Anasını öldürməyə cəhd edən oğulun istintaqı yekunlaşıb

Hadisə Materials 15 Aprel 2022 15:34 (UTC +04:00)
Anasını öldürməyə cəhd edən oğulun istintaqı yekunlaşıb

Bakı. Trend:

17 oktyabr 2021-ci il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti