...

Zərdabda evdə yanğın olub, 1 nəfər ölüb

Hadisə Materials 17 Aprel 2022 00:41 (UTC +04:00)
Zərdabda evdə yanğın olub, 1 nəfər ölüb

Bakı. Trend:

Zərdab rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Çallı kəndində ümumi sahəsi 160 m² olan taxta konstruksiyalardan ibarət 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib (xəstəxanaya aparılarkən yolda vəfat edib).

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti