...

Abşeronda "07" piyadanı vurub öldürdü

Hadisə Materials 25 Aprel 2022 10:23 (UTC +04:00)
Abşeronda "07" piyadanı vurub öldürdü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 23-də saat 7 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurib. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti