Bakı. Trend:
Ötən həftə sonu Tunis sahillərində afrikalı miqrantları daşıyan qayıqların batması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Sahil mühafizəsi xidməti məlumat yayıb.
Qeyd olunur ki, daha üç nəfərin cəsədi sudan çıxarılaraq təyinatı üzrə təhvil verilib.
Bundan əvvəl, Tunisin Sfaks şəhəri yaxınlığında İtaliyaya gedən 120 afrikalı miqrantı daşıyan dörd qayığın batması nəticəsində azı 17 nəfərin öldüyü bildirilirdi.