...

Əmisini dırmıqla vurub öldürən Laçın sakini saxlanılıb

Hadisə Materials 27 Aprel 2022 11:30 (UTC +04:00)
Əmisini dırmıqla vurub öldürən Laçın sakini saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş Ə.İsmayılov aprelin 26-da ölüb.

Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti