...

Sumqayıtda partlayış nəticəsində bir nəfərin öldüyü zavod "Azmet" QSC-nin olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 May 2022 12:49 (UTC +04:00)
Sumqayıtda partlayış nəticəsində bir nəfərin öldüyü zavod "Azmet" QSC-nin olub (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Sumqayıtda zavodda partlayış olub, bir nəfər ölüb.

Trend xəbər verir ki, hadisə mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində TUQ zavodunun ərazisində yerləşən "Azmet" QSC-nin istismarında olan metaləritmə zavodunda baş verib.

Verilən məlumata görə işçilərdən biri zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və aldığı xəsarətlərindən dünyasını dəyişib.

XXX
Saat:09.54

Sumqayıtda zavodda partlayış olub.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti