Bakı. Trend:
Şamaxı rayonunda keçmiş məhkum küçədə qətlə yetirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şamaxı
rayon Polis Şöbəsinə mayın 14-ü saat 1 radələrində şəhər ərazisində
rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və
daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları
tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla Ş.Hacıyevin aralarında yaranmış münaqişə zəminində
M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.