...

ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb

Hadisə Materials 19 İyun 2022 11:31 (UTC +04:00)
ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 19-da saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti