...

Azad olunmuş ərazilərdə Türkiyə vətəndaşı minaya düşdü

Hadisə Materials 14 İyul 2022 17:13 (UTC +04:00)
Azad olunmuş ərazilərdə Türkiyə vətəndaşı minaya düşdü

Bakı. Trend:

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti