Bakı. Trend:
Cəlilabadda ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırmalara başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusunaa cavab olaraq bildirilib ki, ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.